bookmate game
az
Süheyl Seçkinoğlu

Məsnəvidən hekayələr

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • Tural Balaxanlıhas quoted8 years ago
    Eşq varlığın mahiyyətidir, mayasıdır
  • Mir Alihas quoted7 years ago
    Leylinin eşqindən ayağına batan tikan başqalarının verəcəyi yüzlərlə gül dəstəsindən yaxşıdır.
  • Mir Alihas quoted7 years ago
    Axmaq dostdansa ağıllı düşmənin olsun.
  • Vusala Mammadovahas quoted8 years ago
    Əlindən buraxdıqların üçün dizinə döyməyəcəksən, vaxtını peşmançılığa sərf etməyəcəksən.
  • Kamala Musahas quoted4 years ago
    kim baş tutmayacaq bir söz deyirsə, heç vaxt inanma!
  • Novruzhas quoted6 years ago
    “Ey Allahım, Sən bizim üçün çətinlikləri asanlaşdır. Dünyada da, axirətdə də işimizi avand et. Yolumuzu gül bağçası kimi lətafətli et, ey Uca Allah, son mənzilimiz onsuz da Sənsən”.
  • Gulshan Jabihas quoted2 years ago
    Bir tülkü dərin quyuya düşərək çırpınırdı. Əlacsız halda gözləməyə başladı. Bir azdan yuxarıdan səs gəldi. Tülkü səs gələn tərəfə baxıb keçini gördü.

    – Dostum, aşağıda su çoxdur? Dadı yaxşıdır? – keçi susadığı üçün soruşdu.

    Tülkünün gözləri işıldadı:

    – Gəl, düş bax! Dadından doymayacaqsan.

    Keçi aşağıya doğru bir ip uzatdı, ondan tutaraq aşağı düşdü. O, aşağı düşəndə tülkü də yuxarı çıxırdı. Bir az keçəndən sonra tülkü keçinin bağlandığı ipi yuxarıya çəkdi və nuşcanlıqla onu yedi. Keçi tülküyə inanmağının cəzasını öz həyatı ilə ödəməli oldu.
  • Gulshan Jabihas quoted2 years ago
    Torpaq altında bədəni ölü, könlü diri adam qəlbən ölmüş, cismən diri adamdan daha xeyirlidir.
  • Gulshan Jabihas quoted2 years ago
    Allah səxavətli insana yoxsulluq göstərməsin, xəsisi də var-dövlət sahibi etməsin. Ürəyi geniş olanın istəyi heç vaxt həyata keçməz. Selin suyu yuxarıda qalmadığı kimi, xeyirxah məqsədlər də gözəl ürəklərdən qaçır.
  • Gulshan Jabihas quoted2 years ago
    Bələdçi

    Qışın oğlan çağı idi. Qar yağır, güclü boran qarı sovurur, kəskin şaxta aləmi dondururdu.

    Allah dostlarından biri boranda gedəndə bir qula rast gəldi. Əynində təkcə cırıq bir köynək var idi. Dişlərini bir-birinə vurur, soyuqdan tir-tir titrəyirdi.

    – Niyə ağana demirsən ki, sənə qalın paltar alsın?

    Qul dedi:

    – Nə üçün deyim ki? Mənim halımı görmür? Məni məndən daha yaxşı tanıyan birindən nə istəyim?

    Dərviş bu sözləri eşidəndə qıyya çəkib özündən getdi. Ürəyindən yüksələn alov onu qarsaladı. Bir müddətdən sonra ayılandan sonra öz-özünə dedi:

    – Budur, bir bələdçi göründü. Ey həqiqətə çatmaq istəyənlər! Yolu quldan öyrənin!
fb2epub
Drag & drop your files (not more than 5 at once)