bookmate game
az
Qustav Flober

Madam Bovari

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Məşhur fransız yazıçısı Qustav Floberin (1821–1880) dünya ədəbiyyatının şah əsərlərindən sayılan və bütöv adı “Madam Bovari, əyalət adətləri” olan qalmaqallı “Madam Bovari” romanı realizmin ilk və mühüm nümunələrindən biri hesab olunur. Yazıçı romanı 1851-ci ildə yazmağa başlamış və onu yalnız beş ildən sonra, 1856-cı ildə sona çatdırmışdır. Əsər həmin il cəmi iki ay ərzində qısa felyetonlar şəklində “Revü de Pari” (Revue de Paris) ədəbi qəzetində çap olunmuş və sonradan qəzetin redaktoru və yazıçı əsərdə əxlaq qaydalarının təhqir olunması iddiası ilə məhkəməyə cəlb olunmuşdular. Hakimin ittiham nitqinə baxmayaraq, “əsərdəki obrazların təsvirində vulqar, hətta ədəbsiz realizm”ə görə günahlandırılan Flober bəraət qazana bildi.
Əsər 1857-ci ildə ilk dəfə kitab halında nəşr olundu.
XIX əsrdə Fransada realizm məyusluğun övladı kimi dünyaya gəlmişdi. O dövrün insanları qardaşlıq və azadlıq xülyalarını artıq itirmişdilər. Romantizm öz yerini daha səmimi və daha gerçək olan realizmə verməyə hazırlaşırdı və “Madam Bovari” əsəri bu keçid dövründə atılan mühüm addımlardan birinə ­çevrildi.
Sonralar romanın baş qəhrəmanı Emma Bovarinin hər şeydən narazı xasiyyətinin nəticəsi kimi məmnuniyyətsizliyi, reallıqla fantaziya arasındakı sərhədi təyin etmək bacarıqsızlığını bildirən “bovarizm” termini meydana gəldi. Floberin fikrincə, “bovarizm” romantik ideyaların gerçəkliyin xırda hadisələri ilə görüşündən törəmişdir.
This book is currently unavailable
430 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Şəbnəmshared an impression7 years ago
    👍Worth reading
    🚀Unputdownable
    💧Soppy

    Əsəri bitirdikdən sonra tez tələsik başqa bir kitaba keçid etdim ki, onu da oxuyum amma olmadi, alınmadı. Hər personajda da Emma'nı xatırladım. Kədərli əsərdir -Bir müddət təsirindən çıxıb heçnə oxuya bilmədim demək olar ki..
    Gustave Flaubert'in , hər cümləsinin mükəmməl olmağını istədiyi və üstündə bildiyim qədəriylə 5 ilə yaxın işlədiyi roman. Real hadisələr əsasında yazılıb roman.
    Hardasa oxumuşdum ki, o özünü o qədər bu romana bağlayıb ki, romanın sonunda Madam Bovari'nin zəhərləndiyi səhnəni yazan zaman iki dəfə pristup keçirib və xəstəxanada deyib ki , 'Madam Bovari öldü' və ağlayıb.. Sonluq isə tam Madam Bovari'yə yaraşandır. Həyatda da Emma kimi qadınların romanı daha acınacaqlı bir finlə bitir.
    Romanın süjeti sadə amma çox gözəl yazilib, sərf etdiyi beş ilinə dəyərdi məncə. Bir sözlə, ədəbiyyat sevərlərin mütləq oxumalı olduğu kitablardandır.
    P.s..Klassikadır, analiz lazim deyil bəlkə də sadəcə oxuyub hiss etmək lazımdır..

  • Mrymshared an impression4 years ago

    -Amma mənə elə gəlir ki, deyə Emma cavab verdi,
    Sizə acımaq üçün heç bir səbəb yoxdur.
    -Eləmi, siz belə düşünürsünüz?.- deyə Rodolf soruşdu.
    Emma:
    -Axı siz...-siz sərbəstsiz.-O, bir az düşündü: -Zənginsiniz ! - dedi

  • Chinara Jalilovashared an impression9 years ago
    👍Worth reading

    Şarl, günahkar doğurdan fələk idi?!

Quotes

  • Chinara Jalilovahas quoted9 years ago
    Dərd gələndə batmanla gəlir və sahilə çarpan dalğalar kimi bitib-tükənmək bilmir.
  • Şəbnəmhas quoted7 years ago
    Kişi, ən azından, azaddır; bütün coşqun hisslər və ölkələr onun ixtiyarındadır, o, maneələri aşa, ən əlçatmaz həzlərdən dada bilərdi. Amma qadın daima əngəllərlə rastlaşır. Təbiət etibarilə süst, eyni zamanda qıvraq olan qadın zəif cismi ilə qanunlara tabelik arasında ikiyə parçalanmalı olur. İradəsi şlyapasına bağla bənd edilmiş duvaq kimi küləyin ən yüngül hərəkətindən titrəyir; hər zaman hansısa arzu onu özünə çəkir, həmişə hansısa şərtlər onu tutub saxlayır.
  • Xuraman Memmedovahas quoted6 years ago
    Bir halda ki bizim ehtiyac duyduğumuz hər şey Tanrıya bəllidir, onda dualara nə gərək var?

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)