Əsəri bitirdikdən sonra tez tələsik başqa bir kitaba keçid etdim ki, onu da oxuyum amma olmadi, alınmadı. Hər personajda da Emma'nı xatırladım. Kədərli əsərdir -Bir müddət təsirindən çıxıb heçnə oxuya bilmədim demək olar ki..
Gustave Flaubert'in , hər cümləsinin mükəmməl olmağını istədiyi və üstündə bildiyim qədəriylə 5 ilə yaxın işlədiyi roman. Real hadisələr əsasında yazılıb roman.
Hardasa oxumuşdum ki, o özünü o qədər bu romana bağlayıb ki, romanın sonunda Madam Bovari'nin zəhərləndiyi səhnəni yazan zaman iki dəfə pristup keçirib və xəstəxanada deyib ki , 'Madam Bovari öldü' və ağlayıb.. Sonluq isə tam Madam Bovari'yə yaraşandır. Həyatda da Emma kimi qadınların romanı daha acınacaqlı bir finlə bitir.
Romanın süjeti sadə amma çox gözəl yazilib, sərf etdiyi beş ilinə dəyərdi məncə. Bir sözlə, ədəbiyyat sevərlərin mütləq oxumalı olduğu kitablardandır.
P.s..Klassikadır, analiz lazim deyil bəlkə də sadəcə oxuyub hiss etmək lazımdır..
-Amma mənə elə gəlir ki, deyə Emma cavab verdi,
Sizə acımaq üçün heç bir səbəb yoxdur.
-Eləmi, siz belə düşünürsünüz?.- deyə Rodolf soruşdu.
Emma:
-Axı siz...-siz sərbəstsiz.-O, bir az düşündü: -Zənginsiniz ! - dedi
Şarl, günahkar doğurdan fələk idi?!