bookmate game
az
Səbahəddin Əli

Xəz paltolu Madonna

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
İş tapmaq istəyən bir gənc keçmiş məktəb yoldaşının kö­mə­yi ilə bankda işə düzəlir. Orada məzlum, talesiz bir qoca — hə­ya­tı məğlubiyyətlərlə dolu Raif əfəndi ilə tanış olur. Sonralar ömrü­nün son günlərini yaşayan qocaya həyan olmaq istəyən gənc bir gün onun gündəliyini vərəqləyir. Və bütün həqiqətlərə də elə bu gün­dəlik güzgü tutur.
Gənc yaşlarında Raif əfəndi atasının sənətini davam et­dir­mək üçün Berlinə yollanır. Burada incəsənətə olan marağı onu rəsm qalereyasına getməyə həvəsləndirir. Qalereyadadakı tablolardan birinə heyranlıqla tamaşa edən Raif tez-tez bura gəlib “Xəz paltolu qadın”ın portreti qarşısında seyrə dalır. Rəsmin müəllifi Mariya Puder adlı bir xanımdır və o, bir gün bu gənci kənardan izləməyə son qoyub ona yaxınlaşır. Söhbət etdiyi qadının portretin sahibi olduğunu öyrənəndə isə Raifin həyatı bir daha geri dönüşü olmayacaq şəkildə dəyişir.

Sevilən Türk yazıçısı və şairi Səbahəddin Əli (1097–1948) Al­ma­niyada təhsil almış, geri döndükdən sonra Kon­ya və Ankarada müəllim işləmişdir. Azad fikirlərinə görə daim təqib olunan ədibin “Quyucu Yusif” (1937), “İçi­mizdəki şeytan” (1940) adlı ro­manları, “Dəyirman”, “Səs”, “Yeni dünya”, “Şüşəli köşk” adlı hekayələr kitabı, “Dağlar və Ruzigar”, “Qurbağanın serenadası, başqa şeir­lər” adlı şeirlər kitabı və “Əsirlər” adlı bir dram əsəri vardır. “Xəz mantolu Madonna əsəri”ni isə 1943-cü ildə yazmışdır.
This book is currently unavailable
200 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Yaqub Badallishared an impression7 years ago
    👍Worth reading
    💞Loved Up
    💧Soppy

    Bir qadının sənə hər şeyini verdiyini zənn etdiyin vaxtda, onun sənə heç bir şey vermədiyini görmək, bir adamın sənə yaxın olduğunu hesab etdiyin vaxtda, onun səndən çox uzaq olduğunu başa düşmək nə qədər acıdır!

  • Sahileshared an impression8 years ago
    💧Soppy

    Heyatda en çox arxalandığım insana qarşı hiss etdiyim bu inciklik, küsü bütün insanlara qarşı münasibətimdə də özünü göstərirdi. Çünki o, mənim nəzərimdə bütün insanlığın timsalı idi.

  • Amina Babayevashared an impression4 years ago
    👍Worth reading

    Sonunda göz yaşlarını saxlamaq mümkün deyil😞

Quotes

  • Mir Alihas quoted9 years ago
    Bir qadının sənə hər şeyini verdiyini zənn etdiyin vaxtda, onun həqiqətdə sənə heç bir şey vermədiyini görmək, bir adamın sənə çox yaxın olduğunu hesab etdiyin vaxtda, onun səndən çox uzaq olduğunu başa düşmək nə qədər acıdır!
  • Mir Alihas quoted9 years ago
    Dünyada mənə heç bir şey təbiətən qəmgin bir insanın zorla gülümsəməyə çalışması qədər acı görünməmişdi
  • Mir Alihas quoted9 years ago
    Müəyyən şeylərə möhtac olduğumuzu, onları görüb öyrəndikdən sonra kəşf edirik..

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)