Filmini izlədikdən sonra kitabını əlinə almaq çox çətindir. Sizi bilmirəm, mən filmini izlədiyim əsərin kitabını oxuyarkən əziyyət çəkirəm. Digər kitablardan aldığım zövqü ala bilmirəm qətiyyən. Adam bir növ kor kimi olur. Fantaziyası kilidlənir. Bütün qəhrəmanlar, məkanlar yalnız filmdəki variantları ilə beynində canlanır. Özünə başqa variantlar yarada bilmirsən. Nə qədər istəsən də elə hey filmdəkilər gəlir ağlına.
Filmini izləməmişdən əvvəl oxusaydım personajları özüm yarada bilərdim , görünüşlərini, xasiyyətlərini, baş verən hadisələri təsəvvürümdə istədiyim formada canlandıra bilərdim məsələn.Amma filmə baxdıqdan sonra(yeri gəlmişkən filmə baxanda çox təsirlənmişdim, çox möhtəşəm çəkilib) oxuduğum üçün bütün bu sadaladıqlarımdan da məhrum oldum. Hər səhnədə beynimdə filmdəki obrazlar canlandi.
Filmdən kitaba keçişi qətiyyən bəyənmirəm. Heç tərsini də bəyənmirəm . İndiyə qədər elə bir əsər olmayıb ki, kitabını oxuduqdan sonra filminə baxım və onu bəyənim. Öz fantaziyamı qoyub, hansısa hollywood filminə üstünlük verməyəcəm ki ))
Məsləhətli kitabdır, sadəcə oxuyun)
P.s..kaş ki, əvvəl kitabını oxuyardım deyə təəssüf edirəm hələ də.
Əsər haqqında onu deyə bilərəm ki,əsasında çəkilmiş film də kitabın özü qədər maraqlıdır. Bəzən filmlər çəkirlər ki,kitabın bütün mövzusunu tam başqa səmtə dəyişir və ilkin mənasını itirir. Ancaq Yaşıl Mil filmi və kitabı favori olmağa doğurdan da layiqdir.
'Xaiş edirəm, məni qaranlıqda buraxma.
Qaranlıqdan qorxuram"- John