Canımı yandırdı şövqün, ey nigarım, qandasan?
Gözlərim nuru iki aləmdə varım, qandasan?
Bağrımı qal eylədi acı fəraqın, gəl iriş!
Ey ləbi vəslət şərabi-xoşgüvarım, qandasan?
Firqətin xarı məni gör kim na məcruh eyləmiş,
Ey gözü nərgiz, həbibi-gülüzarım, qandasam?