qəddarcasına həqiqətə can atan iradəli Meqan, bir də daha bir şəxs – mərhumu ilahiləşdirən və dəlicəsinə qısqanan təmkinli gənc şotland. Nəhayət, Çerstonda: Ölüm ayağında olan arvad, öz kolleksiyalarına aludə olmuş, ona kömək edən və onun halına yanan gənc qıza mehribancasına yanaşan ər, bir də bunlardan əlavə enerjili, valehedici, yaraşıqlı, romantik kiçik qardaş. Yadda saxlayın, Hastinqs, əgər hadisələr adi axarları ilə getsəydi, o zaman bu üç faciənin bir-biri ilə heç bir əlaqəsi olmazdı! Onlardan hər biri bir-birinə təsir etmədən cərəyan edərdi. Həyat dəyişkən və çoxcəhətlidir, Hastinqs! Mən buna təəccüblənməkdən yorulmuram.