O — çox riskli bir peşə sahibidir.
Yadlar arasında doğma, doğmalar arasında yaddır, o, ömrü boyu “uydurma tərcümeyi-halla” yaşayır. Təhlükə və yalan içində ömür sürür.
O — xarici kəşfiyyatda bacarıqla yüksək zirvələri fəth etmiş adamdır. Ən çətin tapşırıqları yerinə yetirən supercasusdur. O — hər gün rastlaşdığı ölümlə oynayan həssas oyundaşdır. Lakin o, sonadək — qələbə qazananadək oyun meydanındadır…