Stalinin ölümündən sonra Sovet İttifaqının növbəti rəhbəri Lavrenti Beriya olmalı idi, lakin Xruşşovun sui-qəsdi nəticəsində o devrildi və qətl edildi. Tarixi nöqteyi-nəzərdən Beriyanın şəxsiyyəti o vaxtdan müxtəlif cür qiymətləndirilir. Sovet siyasi və ideoloji savaşlarından uzaq Qərb tədqiqatçıları bu məsələyə daha obyektiv yanaşırdılar. Diqqətinizə çatdırılan bu kitabda aparıcı Qərb sovetoloqları – ingilis professorları D.Hollovey və D.Reyfild və Amerika professoru Q.Ferr – Beriyanın siyasi portretinə və fəaliyyətinin nəticələrinə öz düşündükləri kimi yanaşırlar. Onların tədqiqatları təkçə çoxlu sayda sənədli mənbələrə yox, həm də Lavrenti Beriyanı şəxsən tanıyan insanların xatirələrinə əsaslanır. Başlıca diqqət onun rəhbərliyi altında yaradılmış BAŞDİ – QULAQ imperiyasına yetirilir.