Tək bircə kitabın qapağı altında elə ideyalar ola bilər ki, sənin bütün həyatını dəyişər. Vaxtını təfəkkürünü inkişaf etdirmək və biliklərini genişləndirmək üzərində işləməyə sərf etməkdən daha səmərəli bir şey çətin ki olsun. Öyrənməkdən yorulmamaq, həqiqi azad və güclü şəxsiyyətin təməl xüsusiyyətlərindən biridir. Özünütəhsillə məşğul olmaq çətin və qarışıq dövrlərdə sağ qalmağın ən gözəl üsuludur. Və həyat belə gətirib ki, insanların ən yaxşıları, demək olar ki, həmişə, böyük kitabxanaya malik olur.