Eynilə təbəssüm kimi, qadının baxışı da müxtəlif olmalıdır. Bir neçə misal çəkməyə cəhd edək.
Uşaq baxışı – gözlər geniş açılmış, nəzərlər uşaqcasına təəccüblü, sadəlövh və saf. Bu, ömründə ilk dəfə Disneylendə gələn uşağın baxışıdır.
Xumar baxış – həyatda hər şeydən doymuş nazlıcilvəli xanımın bu baxışı kişini özünün başqalarına bənzə mədiyini sübut etməyə təhrik edir.
Parlaq baxış – xoşbəxt, xatircəm və öz dəyərini bilən qadının baxışıdır.
Fitnəkar baxış – kişinin düz gözünün içinə baxıb sirlimüəmmalı bir təbəssümlə müşayiət olunan baxış.
Qəzəbli baxış – bu baxış sizin nəyəsə və ya kiməsə qəzəbləndiyinizin bütün dərinliyini göstərməlidir.
Şən baxış – əhvalınız yaxşıdır və gözləriniz də bu sevinci — ifadə edir. Qırışları və digər mənasız şeyləri düşünməyin.
Kədərli – əgər kədərlisinizsə, yenə də kədərinizi ifadə etməkdən çəkinməyin. Heç bir kişi ona tuşlanmış kədərli baxışa biganə qala bilməz.
Xatırladım ki, sizin baxışınız, gözləriniz – qəlbin aynasıdır, qəlb gözəlliyində çoxtərəfli və misilsiz olduğu üçün, baxışlarınız da çox olmalıdır. Onları güzgü qarşısında məşq edin