Çox gözəl əsərdi. Oxunması vacib olan kitablardandı. Çingiz Abdullayevin kitablarını hər dəfə bitirəndə daha çox bağlanıram yazıçıya. Bu əsərə isə şedevr demək olardı fikrimcə.
Bu kitabı artıq 4 cü dəfədir ki oxuyuram
Bizim yaddaşımız qeyri-adi xassəyə malikdir. Bəzən cüzi bir səbəb, çox nazik bir tel kifayətdir ki, sonu görünməyən xatirələr kələfi sürətlə, qarşısıalınmaz qüvvəyə açılmağa başlasın. Və bəlkə də, son nəticədə insanlıq və insanla qalan ən əziz, ən qiymətli nemət onun yaddaşı – bütün ağrı və sevincləri, vəfa və xəyanətləri, həyata keçən və keçməyən ümidləri və çin olan özündə yaşadan xatirələridir.