Dövlət təhlükəsizliyinin istefaya çıxmış polkovniki Timur Qarayev yaxın dostunun və məsləkdaşının izsiz-soraqsız itkin düşməsindən, özünə isə sui-qəsd cəhdindən sonra bu işdə xüsusi xidmətlərin əlinin olduğunu duyur. Axı kəşfiyyatçılar ömürləri boyu kəşfiyyatçı olaraq qalır, gec və ya tez “məsləkdaşlarının” diqqət dairəsinə düşürlər. Yalnız qaranlıq qalan hansı xidmətin onlarla maraqlanmasıdır. Bunu ayırd etmək üçün, deyəsən, bəzi əhəmiyyətli adamlarla görüşmək lazım olacaq. Qarayev öz təcrübəsindən şəksiz ölümə getdiyini bilir, lakin bəzən həqiqət həyatdan daha qiymətli olur…