Nə böyük kədərlə bitirdim kitabı... Hər kəsə tövsiyyə edirəm. Oxuduqdan sonra, bəlkə də , çox şey haqda bir daha düşünəcəksiniz...
Kitab elə yazılıb ki, oxucunun Çarlinin düşündükləri haqda düşünməməsi , onun hisslərini hiss etməməsi sadəcə mümkünsüzdür.
-Niyə hamı insana çevrilməyə başladığımı üzümə vurur ? Mən həmişə, cərrahın bıçağı altına düşməmişdən qabaq da insan idim... Mən insanam... Sevməliyəm.
-Əvvəl məndən axmaqlıq və səfehliyə görə zəhlələri gedirdi , indi isə ağıl və biliyə görə nifrət edirlər. Allahım, bunlar məndən nə istəyir ?
-Xatirələr fotolar olsaydı nə yaxşı olardı. Onları cıra bilərdim.
-İnsani hisslərdən mərhum çılpaq biliklər bir qara qəpiyə dəyməz.
-Çarli beynimin pərdəsini aralamğımı istəmir, onun arxasında nə gizləndiyini bilmək istəmir. Yəni , o,Tanrını görməkdən qorxur ? Yoxsa heç nə görməyəcəyindən qorxur ?
Düzünü deyim,ilk öncə Elcornonun qız olduğunu düşünmüşdüm. Sonra siçovul olduğunu öyrəndim. Bu hissəsi güldürmüşdü məni. Amma oxuduqca çox təsirləndim. Doğurdan da keçmişini unutmaq,ailəndən uzaqda tək qalmaq çox kədərlidi.
Ela kitabdır kitabın üzün maraqsız hesab edib oxumaqdan imtina edenleredir sözüm. Bu kitabı oxusanız kitabda olan qehramanın yerinde hiss edeceksiniz özünüzü. Hele bir yeri var orasın demirem
Mən onu sevirəm.
Özümü guya məhəbbətin nə demək olduğunu bilirmiş kimi göstərməyəcəyəm, ancaq baş verənlər seksdən ötə
bir şey idi. Biz bir-birimizi sevirdik. Gecə sakit gündüzü tədricən
əvəzlədi. Mən Alisayla yanaşı uzanıb fiziki sevginin necə
mühüm olması, bir-birimizi qucaqlamağımızın, qarşılıqlı
nəvazişlərin necə zəruri olduğu haqda düşünürdüm.
Kainat genişlənir, onun hər bir hissəciyi digərindən
uzaqlaşaraq, bizi fəzanın qaranlıq və sərhədsiz
tənhalığına ataraq, uşağı anadan, dostu dostdan ayıraraq,
hər kəsi öz cığınyla vahid hədəfə - ölümə və tənhalığa
yönəldir.
Sevgi bu dəhşətə ziddir, sevgi bütövləşmə və qorunma
aktıdır. İnsanlar fırtına zamanı dənizə düşməmək üçün əl-
ələ tutduqları kimi, bədənlərimizin birləşməsi də bizi
boşluğa yuvarlanmaqdan saxlayan zəncirin bir halqasıdır.Hər şey necə də sadəydi! Həm də
qəribəydi...
Dirsəklənib Alisanın qapalı gözlərindən öpdüm.
Artıq o mənim haqqımda hər şeyi bilir, həm də uzun
müddət birlikdə olmayacağımızı da. O mənim istədiyim
anda getməyə razıdır. Bu haqda düşünmək ağırdır, ancaq
bizim əldə etdiklərimiz insanların əksəriyyətinin bütün
ömürləri boyu əldə etdiklərindən çoxdur.
hec bir yazi qaydasina emel olunmayib.. oxuya bilmedim😒😒
Çox bəyəndim. Çarlinin başına gələnlər maraqlı, əyləncəli həm də kədərli idi. :)
😔
Çox kədərləndim. Mən həmişə 2 kitab oxuyuram eyni anda amma bu kitab məni digərindən ayırıb ancaq özünə çəkdi. Tez zamanda bitirdim. Yazıçı super, hissləri dəqiq və düzgün yazıb, sanki özü ağıldan kəm kimi hiss edib bütün olanları 👏🏼👏🏼
Yaxşıdır amma maraqlı deyil
Çarlini yenidən əvvəlki halına qaytarmaq üçün adam ixtisasını dəyişib bioloq olmaq istəyər.