Monqollar yazmağı öyrənməsələr, bütün bunları yaratmaq mümkün deyil. Özü oxumağı, yazmağı bilməyən qəbilə başçısı üçün bu, olduqca cəsarətli fikir idi, çünki bu, eyni zamanda onun öz savadsızlığına tənə yeriydi. Sual yarandı: hansı yazını qəbul etmək? Çinlilərin yazısı vardı, ancaq onun mənimsənilməsinə illər və illər tələb olunurdu. Üstəlik, heç bir monqolu nəinki könüllü şəkildə, hətta zorla da vadar etmək olmaz ki, soxulcan sayaraq ikrahla yanaşdığı xalqdan və taleyin təqdiriylə itaətə vadar edilən şəhər əhalisindən nəsə əxz eləsin. Bəzi