Çox böyük əzab olanda yalnız üç qanun var: əzabı bir kənara itələməyə çalışmaq, onu dərk eləməyə çalışmaq və özünü onun ixtiyarına vermək». Kərranın səsində sakitləşdirici əminlik vardı. «Özünü fırtınanın yaxaladığı ağac pöhrəsi kimi burax. Qoy fırtına səni istədiyi kimi əysin; onunla münaqişə də eləmə – insan külək və yağışla necə münaqişə edə bilər axı? – bir də heç vaxt özünə yazığın gəlməsin».