Dostoyevski yaradıcılığında ilk kitabım oldu.Kitab barəsində deyə bilərəm ki,monoloq bir əsərdir.Bir söz orda məni düşünməyə vadar etdi."İnsan elə məxluqdurki, hər şəraitə dözür". Həbsxanada baş verən bütün yaxşılıqları və pislikləri həyat fəlsəfəsində aydın şəkildə ifadə etmişdir.
Qəribə kitabdı. Bəlkə ilk dəfə belə tip bir kitab oxuduğum üçün qəribə gəlir. Kitabın ən çox xoşuma gələn hissəsi "katorqa heyvanları" olan fəsil idi. Həralda həmişə gülərək xatırlayacağım səhnələr var idi orda.
Elə də axıcı oxunan kitab deyil və maraqlı olduğunu demək olmaz. Mövzusu kiməsə maraqlı olarsa oxuya bilər.