Biz küçələrdən keçərkən və sonra otelə tərəf gedərkən hələ də yağış yağırdı. Mis açarları zəncirlə ilgəyə keçirmşi qapıçı, lift, döşəmədəki xalçalar, parlaq priborları olan ağ əlüzyuyanlar, metal çarpayı və böyük rahat yataq otağı — bütün bunlar quttingenlərin evindən sonra bizə çox dəbdəbəli görünürdü. Otağın pəncərələri, üstünə dəmir məhəccər vurulmuş daş hasarlı rütubətli bağa baxırdı