O, Yuli Sezarın “kamil kvadratından” başladı.
Sezar, deyə qız izah edirdi, tarixdə şifrə istifadə edən ilk adam idi. Onun qasidləri məxfi məlumatlarla birlikdə düşmənin əlinə keçməyə başlayanda, o, öz sərəncamlarının şifrələnməsinin primitiv üsulunu fikirləşdi. Sezar namələrini elə bir şəkildə dəyişirdi ki, tamamilə mənasız bir şey alınırdı. Amma, aydın məsələdir ki, belə deyildi. Hər bir namə, hansı həcmdə informasiya ötürmək lazım olduğundan asılı olaraq, tam kvadrata bərabər olan sayda – on altı, iyirmi beş, yüz damalı – hərflərdən ibarət olurdu. Sezar zabitlərə məxfi şəkildə izah etmişdi ki, bu, guya təsadüfi hərflər dəstini alanda, onlar mətni elə şəkildə yazmalıdırlar ki, kvadrat təşkil etmiş olsun. Onda, yuxarıdan aşağıya oxuyarkən, gözlərin qarşısında magik surətdə məxfi namə peyda olurdu.