Əhməd Tanpınarın poeziyası simvolist düşüncədən qaynaqlanır.
Bəzən eyni ifadə tərzi romanlarına da sirayət eləyir.
Amma daxili metafizik meyillərini və estetik narahatlıqlarını şeirdə əks etdirdiyi halda sosial mövzuları oxucuya çatdırmaq üçün nəsri seçib.
Romanları zəngin həyat əhvalatlarından yaranır, cəmiyyətdə baş verən məsələlərə özünəxas münasibətilə seçilir.
Mədəniyyəti dəyişdirmək cəhdlərinin insanları aparıb dalana çıxarmasını araşdıranda gəldiyi nəticələr insan və cəmiyyət baxımından diqqətəlayiq müddəalardır.
“Saatları qurma institutu” romanı fərddən başlayıb kütləyəcən cəmiyyətin həmin dəyişmə prosesindəki vəziyyətini oxucuya böyük ustalıqla çatdırır.