Ipek Calishlar

Letife xanim

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • Xuraman Memmedovahas quoted5 years ago
    “Türkiyənin lideri M.Kamalın başqanlıq qərarnaməsi ilə bir kənara atdığı gözəl arvadı Lətifə xanım özəl bir müsahibədə “özünün müasir bir Jozefina” olduğunu söylədi.

    “Bir insanın xoşbəxt yuxusunun bir anda əriyib getməsi, sevgisinin bir anda həyatından çıxması çox ağır bir şeydir” deyən Lətifə xanımın evliliyinə nöqtə qoyan qərarnaməyə münasibəti isə belədir:

    “Ərim ətrafındakılara imkan verdi ki, onun karyerasına maneə olduğuma onu inandıra bilsinlər və Napoleon kimi sevgisini məqsədinə qurban etdi”.

    Lətifə xanım gözlə görülə biləcək qədər sarsılmışdı. Evliliyinin və xoşbəxtliyinin bitəcəyi qorxusu içində İstanbuldan gedəndə olanlara baxmayaraq, hər şeyin düzələcəyinə ümid edirdi”.

    Qəzet onun əvvəlcə İstanbula gəlib, sonra İzmirə getdiyini təxmin edir.

    “Yeni bir “Napoleon və Jozefina” hadisəsi. Mən ərimi sevdim. Onun özü və ölkəsi üçün bütün arzularını həyata keçirmək uğrunda əlimdən nə gəlirsə etdim. Amma bir yerdə olmağımız onun irəliyə getməsinə mane olmurdu. Jozefinanın başına gəldiyi kimi yenə qadın qurban ediləcəkdi. Amma mən şikayət etmirəm, əgər boşandıqdan sonra o xoşbəxt olacaqsa, mən bundan xoşhal olaram, fəxr edərəm. Amma keçmişi yadıma salanda, bəlkə, bir az ürəyim ağrıyar”.
  • Xuraman Memmedovahas quoted5 years ago
    Mustafa Kamal konqresə Azərbaycan səfiri İbrahim Əbilovu həyat yoldaşı Tamara ilə birlikdə dəvət etmişdi, səfərləri rahat keçsin deyə xüsusi qatar hazırlatmışdı.
  • Xuraman Memmedovahas quoted5 years ago
    hələ evliliyə alışmamış evli kişilərə məxsus utancaqlıq
  • Xuraman Memmedovahas quoted5 years ago
    Mustafa Kamal o gecə nə üçün evlənmək istədiyini belə izah etdi: “Mən evlənmək naminə evlənmirəm. Vətənimiz üçün yeni bir ailə forması yaratmaq istəyirəm, ona görə də özüm nümunə olmalıyam.
  • Xuraman Memmedovahas quoted5 years ago
    İstanbulda universitet bağında keçirilən etiraz nümayişində bir tələbə qız toplananlara səslənərək deyirdi: “Biz də sizin qədər, bəlkə də daha artıq kədərlənirik. Təşəbbüsünüzə böyük inamla qatılır və bu həqiqəti elan etmək istəyirik: kim deyir ki, qadın kiçikdir. Bəlkə də qadın ən böyükdür”61.
  • Xuraman Memmedovahas quoted5 years ago
    Fransada qarşıdurma ilə bağlı xəbərləri izləyən Lətifə bir qəzetdən Mustafa Kamal paşanın şəklini kəsmiş, uğur gətirsin deyə boynundakı medalyonun içərisinə yerləşdirmişdi. Mustafa Kamal paşanın bir gün İzmiri də xilas edəcəyinə bütün varlığıyla inanırdı.
  • Xuraman Memmedovahas quoted5 years ago
    Görünür, insanları haqlarına qovuşduran ən adil hakim ölümdür. Və artıq inana bilərik ki, layiq olduğumuz münasibəti, qiyməti, etibar, şərəfi, sayğını və sevgini qazanaraq yaşaya bilməyimiz üçün tək çarəmiz var: ölmək!
  • Xuraman Memmedovahas quoted5 years ago
    Həyatdaykən üzləşdikləri ümumi laqeydliyin, ümumi biganəliyin, ümumi nankorluğun və inkarolunmanın acısını qan qusaraq çəkmiş neçə-neçə dəyərli şəxsiyyətlər, nə qədər şöhrətli simalar var ki, bu gün məzarları başında insana ölümü sevdirə biləcək qədər parlaq mərasimlər qurulur.
  • Xuraman Memmedovahas quoted5 years ago
    Məzar başında dalı da, qabağı da kəsən qılıncını günahsız qanına boyamış bir qatilə hüsn-rəğbət bildirən bir cəmiyyət yaşayan ən dəyərli insanın qarşısında belə baş əymək istəməz. Və ən səfil ölüdən əsirgəmədiyi sevgini ən üstün diridən əsirgəyər, çünki ölüyə həsəd aparılmaz.

    Biz ölünü bütün davalarından, bütün ehtiyaclarından, bütün mənfəətlərindən, bütün iddialarından, ehtiraslarından, arzularından istefa etdiyi üçün sevərik, dirisinə düşmən olduğumuz bir insanın belə ölüsünə yanaşmamız bu ­müstəvidəndir.
  • Xuraman Memmedovahas quoted5 years ago
    Məzar daşı hər cənazənin bəşəri günahlardan bəraətini istəyən əzəli və əbədi bir vəkil kimidir. Bir vətən xaininin, bir ana qatilinin, bir ocaq söndürənin, bir xəzinə, bir namus, bir şərəf oğrusunun, bir qan əyyaşının məzarı üzərinə qoyulan daş belə əbədi vəkalətini üzərinə götürdüyü ölüyə bir ləkə belə gətirmək istəməyən bir vəkil kimidir. Buna görədir ki, bir ata qatilinin məzarında bu cümləni oxusanız,
    təəccüblənməyin: “Burada qarışqanı incitməkdən qorxaraq yaşamış bir insan yatır!”
fb2epub
Drag & drop your files (not more than 5 at once)