Dünyada illər boyu dedektiv janrda mötəbər mövqe tutan
Artur Konan Doylun “Baskervillərin iti” romanının süjet
xəttini — varis Çarlz Baskervilin müəmmalı ölümü təşkil
edir. Bu cinayət barədə, İngiltərənin Devonşir qraflığının
Qrimpen kilsəsinin həkimi Ceyms Mortimer Şerlok Holmsa
xəbər verir. Məşhur xəfiyyə Şerlok Holms və onun dostu,
həm də köməkçisi, doktor Uotson bu qətl hadisəsini tədqiq
edirlər. Hadisələr — 1889-cu ilin sentyabr-oktyabr aylarında
baş verir…
Məşhur ingilis yazıçısı Artur Konan Doylun “Baskervillərin
iti” romanı ilk dəfə 1901-ci ilin avqust ayından 1902-ci ilin
aprel ayına kimi “Standart Magazine” aylıq jurnalında çap
olunmuşdur.