Kitab haqqında qərar verə bilmirəm... bəzi hissələri maraqlı bəzi hissələri isə olduqca darıxdırıcı idi. Ümumiyyətlə isə Bu kitabın mənə bir şey qatdığını deyə bilmərəm...
Safondan sonra kiminsə mistik kitab alması və bunu araşdırması elə də maraqlı gəlmir. Hər şey adama bəsit görünür. Həcmcə kiçikdir. O müqayisəni aparmasaydım həttə əsərdən zövq də almaq olardı. İndi siz kitabdan danışarsız, mən isə qadınlardan. Bu kitab qadınlardarın acgözlüyü haqqındadır.
Yadımdan çıxmışdı. Tərcümə bərbaddır. Hər şeyi hərfi tərcümə ediblər. Nəticədə elə sözlər çıxıb ki, öz dilimizi də lüğətlə oxumaq istəyirsən. Bunlar niyə rahat olmurlar?
Məzmunu o qədər də ağır deyil, mətn səni özünə bağlayir və tez oxunur. Düşündürmək baximindan yararsızdır.
P.s Özü yüngül, içi yüngül..