Bəşəriyyəti xilas edə biləcək ən böyük xoşməramlı yaşantı — sevgi və qan-qada, ölüm, od-alov, dağıntı mənbəyi — müharibə… Frederik Beqbederin “Una və Selincer” romanı yazarın bu iki mövzunu tarixin yaddaşına köçürmək istəyindən yaranıb. Amma buna bənzər bütün yaradıcılıq nümunələrindən fərqli…
Əsərdə bu iki mövzu bir-birini təqib etmir. Heç biri digəri ilə məcburi bağlılıqda — vəhdətdə də görünmür. Hərəsi öz spesifik çalarlarının axarında inkişaf edir. Bağlılıq… bağlılıqsa, hər iki mövzunun eyni insanın taleyində kəsişməsindədir.