Tanınmış iş adamı Paşkov köhnə Yeni ili keçirmək məqsədilə şəhərdən kənar bağ evində qonaqlarını yığır — demək olar ki, yalnız yaxın adamlarını. Amma ziyafət başlanmadan əvvəl onu öz otağında bıçaqla qətlə yetirilmiş vəziyyətdə tapırlar. Ən əlverişlisi təsadüfi qətldən şübhələnməkdir — içəri girən oğruya maneə törədən Paşkov onun tərəfindən bıçaqlanır və cani qaçıb gedir. Lakin bu işin araşdırılması məşhur mütəxəssis Dronqoya həvalə olunur və o aydınlaşdırır ki, həmin gecə bağ evində yığışan “qatı dostlar” kimi adlandığımız insanlar olub — sən demə onları bir-birilərindən olduqca çox köhnə ədavətlər ayırırmış. Bu isə o deməkdir iş belə tezliklə bağlanmayacaq…