Müəllif bu əsərində insanın tədricən yadlaşmasının, özgələşməsinin fəlsəfi-psiхoloji meхanizmini açmağa çalışmışdı. Əsər bütün həyatı boyu xoşbəxtliyə can atan, ətrafındakıların onu “bədbəxt” adlandırmasına baxmayaraq öz səadətinin ardınca gedən və onu tapan, ona bəxş edilən ömür payını mənən azad, sərbəst yaşamağa çalışan bir insan taleyindən bəhs edir. Kamü bu əsərində insanı daima izləyən vicdanın mühakiməsindən qaçılmaz olduğunu göstərmişdir.
This book is currently unavailable
137 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎
Impressions
Gunel Najafovashared an impression4 years ago
👍Worth reading
Pis deyildi ama oxumasaz da hec ne itirmeyeceksiz.
Elmin Seyfəddinlishared an impression8 years ago
🔮Hidden Depths
🎯Worthwhile
Bu kitab ölümə başqa bir prizmadan yanaşır. Merso deyir:"Ölüm gələrkən ayıq olmaq, onu şüurlu şəkildə qarşılamaq istəyirəm". Həmçinin xoşbəxtlik və insanın "məni" haqqında da danışılır.
Faguma Ismayilovashared an impression8 years ago
💤Borrrriiinnng!
5/10
Quotes
Gunel Najafovahas quoted4 years ago
— Katrin, heç vaxt heç nədən üz döndərmə. Sənin saysız yaxşı cəhətlərin var, onların ən qiymətlisi — xoşbəxtlik hissidir. Təkcə, xoşbəxtliyin kişi ilə birgə gələcəyini gözləmə. Nə qədər qadın bu cür səhvə yol verir! Xoşbəxtlik — sənin özündədir, yalnız o gələnə qədər gözləmək lazımdır.
Elmin Seyfəddinlihas quoted8 years ago
Həyatını yeni bir yüksəkliyə qaldırmaq üçün hərəkət etməyi qət etməyən, öz zəifliyindən ağciyərliklə ləzzət alanlar son anda onların boş-boşuna yaşadıqları həyata görə çıxarılan hökmü anıb, ölümdən qorxmaya bilməzlər. Belələri heç vaxt tam gücü ilə yaşamayıblar, bir də ki, onlar ümumiyyətlə, yaşayıblarmı?
Faguma Ismayilovahas quoted8 years ago
İnan, böyük dərd, böyük tövbə, pozulmaz xatirələr adlı şey mövcud deyil. Hər şey unudulur, hətta böyük məhəbbət belə. Bu çox kədərlidir, ancaq eyni zamanda təskinlikvericidir. Yalnız şeylərə qarşı şəraitin bizə vaxtaşırı bəxş etdiyi müəyyən bir nəzər nöqtəsi var. Bax buna görə məhz həyatda heç olmasa bir dəfə böyük ehtiras, bədbəxt məhəbbət hissini yaşamaq daha yaxşıdır. Bizim hamımızı üzən səbəbsiz ümidsizliyi yeganə doğruldan budur.