Azərbaycanın tanınmış ictimai-siyasi xadimi Fazil Mustafanın bu kitabında 2014-cü ildə dövri mətbuatda, sosial şəbəkələrdə yer alan publisistik məqalələri dərc olunub. Bu məqalələrdə müəllif ictimai-siyasi gündəmin müxtəlif sahələrinə aid ən aktual mövzulara toxunmuş, maraqlı görüş və təkliflərini irəli sürmüşdür.