Gözəlliyin öz mənası var, lakin mən indiyə kimi o mənanı duymurdum. Gözəl şey ona görə mənim xoşuma gəlirdi ki, gözəldir, vəssalam. Mən gözəlliyin mahiyyətini anlamırdım. İndi isə anlayıram və ya daha doğrusu, anlamağa başlayıram. Bu yaşıl ot indi mənim üçün daha gözəldir, çünki onun nə üçün belə olduğunu bilirəm, bu təpədə bitməsi üçün lazım gələn günəş şüalarının, yağışların və torpağın şirəsinin bütün mürəkkəb təsirini görürəm.