az
Səməd Vurğun

Ayrılarmı könül candan

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • Khatira Taghiyevahas quoted9 years ago
    Bütün Bakı fikirdədir, göy sükutda, dəniz lal...
    Nə meh əsir, nə titrəyir ağacların yarpağı.
    Hər ürəkdə bir döyüntü, hər baxışda bir sual...
    Bu gün çatmış qaşlarını Azərbaycan torpağı.
  • Xuraman Memmedovahas quoted5 years ago
    Bir gün məni lap boğurdu hicran,
    Hicran deyə bir səyahət etdim...
    Yarəb!.. Nə yazıq olarmış insan,
    Boynum bükük ol məkanə getdim;
    Baxdım, onu görmədim o yerdə,
    Sordum deyən olmadı ki, nerdə?..
    Ey vah, o xəyal pərisi nolmuş
  • Xuraman Memmedovahas quoted5 years ago
    Çünki boşdur nalə qılmaq, çünki boşdur ahu-zar,
    Göz yaşından gözlənən məlhəm mahal olsun gərək!
  • Bahlul Valiyevhas quoted7 years ago
    Həyat! O çox zaman görünür iyrənc,
    Bu səhnədə min bir qanlı pərdə var
    Sən bu çətinliyə düşsən də, ey gənc,
    İçində saxlanan qüdrətə yalvar!
    Zaman! O amansız, qatil bir düşkün
    Bəzən dünyaları döyər şiddətlə.
    Səni də məhv etmək istərsə bir gün,
    Hər şeyə qarşı çıx, həm də cürətlə.
    Cürət! Odur bizi güldürən hər an,
    Cürətsiz bir həyat məhv olur, inan.
    İştə bu düsturu öyrənib də sən,
    Ər oğlu ər kimi tab et bəlayə.
    Mən bu sözlərimlə nə dedim bil sən,
    Çırpın üfüqlərə, uç etilayə!
    Ey gənc! Səadəti bir xəyal bilmə,
    Nə olursa-olsun, yalnız əyilmə!

    1927
  • Bahlul Valiyevhas quoted7 years ago
    Sorma aqil kimsələrdən, sorma heç dünya nədir,
    Böylə bir düstur qocalmış ideal olsun gərək!
    “Hər kimin vicdanı pakdırsa o bir divanədir”, –
    Bu kəlamın barəsində qilüqal olsun gərək!
    Çünki boşdur nalə qılmaq, çünki boşdur ahu-zar,
    Göz yaşından gözlənən məlhəm mahal olsun gərək!
    Aqil olmaq istəyənlər bir-birindən küsməsin,
    Əhli-haldan dəm vuran kəs əhli-hal olsun gərək!
    Hər bəlaya şir tək gərməkdəyəm mən sinəmi,
    Vurğunun “Düşkün” adı Rüstəmi-Zal olsun gərək!

    1927
  • Bahlul Valiyevhas quoted7 years ago
    Ey vətən! Ey ana! Açıldı yolum,
    Ümidim sənəmi, qurbanın olum?
    Nədəndir demədin heç mənə – oğlum.
    Dolandın nerələr, de hankı yerlər?
    Laçınlar yuvası, haylar ocağı,
    Kəsilmiş anacan, vəhşət ayağı.
    Yanırkən o gecə birliyin dağı,
    Titrədi Qafqazın qoynunda yellər.
    Mən Ağrı dağında dayandım bir az,
    Bir qaya zirvəsi oxurdu şahbaz
    O şiddətli qışın sonunda bu yaz
    Yuyurdu tozları kükrəmiş sellər...
    Başdan ayağadək geymiş qırmızı,
    Oxurdu türkülər bir gürcü qızı
    Parladı gün kimi o dan yıldızı,
    Üzündə mərcimək, köksündə tellər.
    Açılsın o gülün, baharım olsun,
    Lalə tək qızaran bir yarım olsun.
    Sonunda ömrümün məzarım olsun
    Gəlinli çeşmələr, sünbüllü çöllər.

    1927
fb2epub
Drag & drop your files (not more than 5 at once)