Bala nə demək olduğunu ancaq öləndə başa düşərsən. Ah, mənim dostum, heç vaxt evlənməyin, oğul-uşaq sahibi olmayın! Siz onlara həyat bəxş edirsiniz, onlar isə sizə ölüm bəxş edirlər. Siz onların bu dünyaya gəlməyinə səbəb olursunuz, onlar isə sizi bu dünyadan qovurlar. Onlar gəlməyəcəklər!