onu ömründə ilk dəfə xeyirxah iş görməyə sövq edən yalnız quruca şöhrətpərəstlik hissiymiş! Ya da lord Henrinin rişxəndlə dediyi kimi, bu, yeni bir duyğu yaşamaq istəyindən başqa bir şey deyilmiş! Ya da bəlkə, elə bu, bəzən bizim özümüzdən də xeyirxah olan hərəkətləri etməyə məcbur edən gözə soxulmaq cəhdidir? Ya bəlkə, elə bunların hamısının cəmidir?