Hə, o, həmin uşağa tərbiyə verib. Çox ola bilər ki, özünü xəyanətkar qadının keçirdiyi həyəcanlara, narahatlıqlara məruz qoymayıb. Başa düşün: o, minlərlə digər qadınlar kimi yaşayıb, ancaq bununla fəxr eləyir. O qadın gəncliyindən bəri burjua xanımı, burjua həyat yoldaşı, burjua anası olub və bu vəziyyəti dəyişmək üçün barmağını da tərpətməyib. O, nə isə eləməyilə yox, eləmədiklərilə lovğalanır.