-tez öz-özümə deyirəm: dünyada ən gözəl, ən qəşəng bir şey varsa, o da şiv, sarışın, ucaboy qızdır. Ancaq bu da düz deyil, həyatda görürsən ki, qaraşın qız daha gözəldir. Hərdən də tam ayrı fikirdə oluram. Bir də baxırsan, dünyanın ən gözəl-göyçək şeyi mənim üçün dönüb oldu göylərdə azadca süzən bir qəşəng quş. Bir az keçmiş qanadları üstündə qırmızı xallar olan ağ kəpənək, ya da axşamüstü buludları al-qana boyayan, par-par parıldayan, lakin adamın gözlərini qamaşdırmayan, yerə-göyə sevinc, məsumluq bəxş edən adicə günəş şüası qədər heç nə məni məftun etmir