Yalquzağın həyatı haqqında mənə az şey bəlli olsa da, tam əsasla deyə bilərəm ki, o, mehriban, amma eyni zamanda da çox ciddi və dindar, həm də “iradəni sındırmağı” tərbiyənin əsası sayan valideynlərdən, müəllimlərdən dərs almışdı. Ancaq bu şagirdin iradəsini sındırmaq onlara qismət olmamışdı, çünki o, həddən artıq güclü, möhkəm, son dərəcə məğrur və ağıllı doğulmuşdu. Şəxsiyyətini əzməsələr də, özünə nifrət etməyi öyrədə bilmişdilər