Roy Yakobsen Skandinaviya ədəbiyyatının canlı klassiki
hesab edilir. Bir çox ədəbi mükafatlara layiq görülüb.
İyirmidən çox romanın müəllifidir. İncə psixologizmlə yazılmış
“Möcüzə uşaq” romanı bir ailə dramıdır. 20-dən çox
dilə tərcümə olunub.
Kitab birnəfəsə oxunur və adamı keçən əsrin 60-cı illərinə
aparır. Bu elə bir dövr idi ki, qadınlar daha çox evdar
idi, ailələrdə çox vaxt hər iki valideyn olurdu, Norveçdə ilk neft pulları gəlməyə başlamışdı, ilk dəfə beşmərtəbəli evlər
tikilirdi, evlərə təzəcə dəbdəbə və zənginlik, mebelli divarlar,
divar kağızları və televizor gəlirdi. Bir ailənin dramı
qlobal hadisələr, 60-cı illərin mənzərəsi fonunda göstərilir
— Con Kennedinin qətli, Qəraib böhranı, Berlin divarının
tikilməsi, Yuri Qaqarinin uçuşu.
Əsərin qəhrəmanı ağıllı və tərbiyəli Finn adlı oğlandır.
Sinifdə ən yaxşı şagird olan Finn həm də nadinc, amma
əlaçıdır, yaxşı mütaliəsi, möhkəm yaddaşı var. O xoşbəxtdir,
onu anası böyüdür, çünki kran maşinisti olan atası onları
atıb gedib, sonra da qəzaya düşüb, ölüb.
Finn öz hekayəsini danışır. Danışdıqca adam gülmək və
ağlamaq istəyir…
Payızda onlar evlərinin bir otağını kirayəyə verirlər.
Finn bu kirayənişinə təzəcə öyrəşir ki, onların həyatında
başqa bir dəyişiklik baş verir. Finnin ögey bacısı, kran maşinistinin
başqa bir qadından olan qızı evlərinə gəlir. Onun
əlindəki kiçik çamadanda “bomba” var. Tezliklə partlayacaq
bomba…
Xəyanət, sədaqət və sevgi haqqında olan bu hekayət
beləcə başlanır.