inkişafa təkan verəcək islahatları həyata keçirməyə milli şüur imkan vermirsə,onları dəstəkləyəcək sosial baza mövcud deyilsə kütlə ona qarşı qiyama hər an hazırdı.
Məsləhətlidir...
Nəvəsi Nura vətəni haqqında və sürgündə olmalarının səbəbini anlatmaq üçün yazılmış və "işıq qaranlığı yenəcək" kimi pozitiv bir fikrin və ümidin hakim olduğu bu kitabı hər kəs oxumalıdır. İran haqqında oxuduğum 3-cü kitabdır. Çox şey öyrəndim. İnsanı öyrədən, tərbiyələndirən kitabdır. Oxumayanlar heç tərəddüd etmədən başlaya bilərlər.
Tərcümə və korreksiyası bərbad idi.
Kitabın özü çox maraqlıdı. İranda baş verən siyasi hadisələr aydın təsvir olunub. Digər tərəfdən isə Şahbanu uşaqlıqdan başlayan xatirələrinə yer verib. Adət-ənənəylə də bağlı bəzi maraqlı məlumatlar var idi.