“Əcnəbi qadın” romanı qeyri-adi yumorla yazılıb.
Əsərin qəhrəmanı Marusya Sovet ittifaqında Kommunist Partiy asına sadiq bir ailədə doğulub. Təminatlı həyat onu sıxır. Sa dəlövhlük onun yolunu Avropaya, oradan isə Nyu-Yorka aparıb çıxarır.
Əsərdə Marusyanın timsalında sovetlərdən gedən mü hacir -lə rin həyatı təsvir olunur.
“Əcnəbi qadın” əsərində bir cümlədə eyni hərflə başlayan iki söz yoxdur.
Tərcümə edərkən müəllifin üslubu qorunub.
Sovet mühacir-yazıçılarının “üçüncü” dalğasının nü ma yəndə si, adı Azərbaycan oxucularına az-çox tanış olan Sergey Dovlatov 1941-ci ildə, ailəsinin evakuasiya edildiyi Ufada doğulub. Son ralar yenidən Leninqrada qayıdıb. Filologiya fakültəsini bitirib. İlk hekayələrini yazan gündən “dissident” sayılıb. Sovet ədəbiyy at jurnallarında çap olunmaq cəhdləri baş tutmayıb. İlk kitabının yığımı DTK-nın sərəncamı ilə məhv edilib. Çörək pulunu jurnalistikadan “çıxarıb”.
1976-cı ildə bir sıra hekayələri Qərbdə, “Kontinent”, “Zaman və biz” jurnallarında çap olunub, buna görə SSRİ Jurnalistlər İttifaqından xaric edilib.
1978-ci ildə Avstriyaya, sonra ABŞ-a mühacirət edib. NyuYorkda yaşayıb, ilk vaxtlar qalmaqallı “Yeni amerikalı” qəzetini buraxıb. Səksəninci illərin ortalarında Amerika oxucuları arasında məşhurlaşa bilib, hekayələri dəfələrlə “mötəbər və nüfuzlu” “New Uorker” jurnalında çap olunub. Onu da deyək ki, rus yazıçılarından heç biri heç vaxt bu jurnala “yaxın buraxılmayıb”. Dovlatov istisna təşkil edir.
1990-cı ildə Nyu-Yorkda ürək çatışmazlığından vəfat edib.
On iki illik mühacir həyatı ərzində Dovlatovun ABŞ və Avropada on iki kitabı nəşr edilib. Rusiyada onu “samizdat”a və radiodakı verilişlərinə əsasən tanıyırdılar. Hazırda Moskvada Dovlatovun çoxsaylı kitabları nəşr edilib, “Seçilmiş əsərlər”i buraxılıb.
Biz, Azərbaycan oxucularını S.Dovlatovun hansı əsəri ilə tanış etmək barəsində düşünərkən müəyyən tərəddüddən sonra onun “Əcnəbi qadın” romanını seçdik.
Bu vaxta qədər onun Azərbaycan dilində yalnız bir neçə
hekayəsi Natiq Səfərov tərəfindən tərcümə olunub.