Tanınmış türk ictimai-siyasi xadimi və publisist Mühitdin Birgenin (1885–1951) iki cildlik “İttihad və Tərəqqidə on il” adlı memuarlarının Azərbaycana dair hissələrini əhatə edən kitabda tariximizin maraqlı, eyni zamanda kifayət qədər öyrənilməyən dövrü ilə bağlı məlumat və təəssüratlar öz əksini tapıb. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, 1920-ci illər Azərbaycan-Türkiyə əlaqələri haqqındakı bir sıra fikirlər də yeniliyi, məsələyə baxış fərqliliyi ilə seçilir. Xalqımıza həqiqi sevgi hissi ilə yazılan bu kitab tarixçilər, politoloqlar, mətbuat işçiləri və geniş oxucu kütlələri üçün maraqlı ola bilər.