«Beton evdən yazılar»da Sara Oğuz şəxsiyyətə pərəstiş olunan bir dövrün ziyalı və sənət adamlarını necə manqurdlaşdırıb köləyə çevirməsini, istedadların bu təsirlərdən koralıb dəyərsizləşdiyini özünü danışıq və davranışları ilə ifşa edən obrazların yardımı ilə açıb göstərir.