Bu, bir uğursuz, sonu faciəli eşq hekayətidir.
Valideynlərinin sevgisindən məhrum, dünyanı zənci magiyası ilə dərk edən, azadlığın dəyərini kölələrdən öyrənən və eşqini qaranlıq kilsə hücrəsində tapan azyaşlı bir qız və zahidlik andı içmiş əqidəli, Tanrıya inancında səmimi olan, amma həqiqi inancın məhz Yaradana və yaradılmışlara sevgi olduğunu sonda anlayan 33 yaşlı keşişin ürəkparçalayan dastanı.
Oxşar hekayətlər bir çox xalqlarda mövcuddur. Amma Markesin nəql etdiyi dastanın bir ayrı gözəlliyi və sehri var.