Məsələn, bir dəfə biz intiharlar barədə danışırdıq, o dedi ki, ən asan ölüm – bütün yarıqları, dəlmə-deşikləri bağlayıb qazı açaraq uzanıb yatmaqdır. Mən dedim ki, bu dözülməzdir – uzanıb gözləyəsən, daha yaxşı olar ki, adam özünü güllə ilə vursun. O isə cavab verdi ki, heç vaxt güllə ilə özünü vurmaz, əgər o saat alınmasa çox qorxar. Hər halda gurultu səsindən çox qorxurdu.