Kişi Ayın azca işıqlandırdığı yarğanın kənarına baxıb içinin yanıb yaxıldığı barədə keçirdiyi hisslərin sadəcə paxıllıq olduğu barədə fikirləşdi. Onun yuxarıda qoyub gəldiyi nə varsa, bütün hamısını özündə təcəssüm etdirən hər şeyə - küçələrə, tramvaylara, səkilərdəki işıqforlara, teleqraf dirəklərindəki reklamlara, ölü pişiklərə, içində siqaret satılan apteklərə olan paxıllıq.