Bilirsiz adamın iradəsi necə sınır, onu necə sındırırlar? Bax bele.
P.s. tərcümə yaxşıdır.
O, dili dolaşa-dolaşa, qırıq-qırıq donquldandı:
- Hə də... Əlbəttə... Başqalarının işi... Bu həqiqətdir...
Sonra onun dilindən özünün də gözləmədiyi, əvvəl deyilənlərlə heç bir əlaqəsi olmayan bir söz çıxdı.
- Vaxt itirmədən, hansı olursa-olsun, bir dibçək gülü almaq lazımdır. - Özü də dediyinə mat qaldı, amma qadının sifəti daha təəccüblü idi və o, artıq geri çəkilə bilməzdi. - Ətraf ölüdür, göz də nəyəsə baxıb dincəlməlidir...
Qadın həyəcanla cavab verdi:
- Bəlkə şam ağacı?..
- Şam... Yox, mən şamı xoşlamıram... Nə isə, fərqi yoxdur, lap adi ot da olar... Burun tərəfdə onlardan çox bitir, nədir onun adı?
- Tüklücədir deyəsən. Amma hər halda balaca ağac daha yaxşıdır, hə?
- Əgər ağac alsaq, onda ya ağcaqayın, ya da nazik budaqlı, iri yarpaqlı pavloniy... Qoy külək onları yellətsin...
Yellənsinlər...Dalğalanan yarpaq salxımları. Qaçmaq istəsələr, qaça bilməyəcəklər - gövdəyə möhkəm bitişiblər...
Birdən naməlum bir səbəbdən qırıq-qırıq nəfəs almağa başladı. Az qalmışdlı ki, hönkürsün. Cəld üstünə muncuq səpələnmiş torpaq döşəməyə əyilib, naqolay hərəkətlərlə qumda eşələnməyə başladı.
Qadın tələsik qalxdı.
- Eybi yox, eybi yox. Mən özüm... Hamısıı ələkdən keçirərəm.
30
İnsanların başına nə iş gəlirsə öz maraqlarından gələr... Çox bəyəndim və həm maraqlı və düşündürücü analiz və mühakimələrlə qarşılaşdım... Sonuna qədər sizi həyəcanlandıracaq bir kitabdır...
Cox darixdirici..