bookmate game
Ştefan Svayq

Novellalar və tarixi miniatürlər

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
XX əsrin görkəmli ədəbi simalarından hesab olunan Ştefan Svayq (1881–1942) dünya ədəbiyyatı tarixinə bənzərsiz psixoloji novellalar, tarixi-bioqrafik oçerklər və esseler ustası kimi daxil olmuşdur. Qeyri-adi süjet xətti, insanın iç dünyasının ən gizli, ən dərin qatlarına nüfuz etmək bacarığı, yaratdığı obrazların “qəlbini oxumaq” qabiliyyəti onun novellalarının poetikasını səciyyələndirən əsas əlamətlərdir. Tarixi miniatürlərində isə o, ayrı-ayrı tarixi detalları, adi təfərrüatları deyil, bəşər keçmişinin həlledici anlarını, ölümlə həyat, məğlubiyyətlə zəfər təntənəsi arasındakı əzəli-əbədi mübarizəni ön plana çəkir, “başqa vaxtlarda diqqəti cəlb etmədən baş verən, lakin bircə gözqırpımında birləşərək həlledici ana çevrilən“ hadisələri təsvir edir.
This book is currently unavailable
187 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • M.S.shared an impression3 years ago
    👍Worth reading
    🔮Hidden Depths

    Stefan Svayq həmişəki kimi yaratdığı personajların psixologiyasının detallarını incəliklə çatdırıb. Hər bir əsərin özünəməxsus gizli və incə məqamları var.

  • b5152840016shared an impression3 years ago
    🔮Hidden Depths
    💡Learnt A Lot
    🎯Worthwhile
    🌴Beach Bag Book
    🚀Unputdownable

    Salam 🌹çox gözəl kitabdır.👌Faydalı kitabdır.🤍🖤 ƏLA❤️🌹

  • ahmedoffelvin99361shared an impression8 years ago
    👍Worth reading

    Svayqın möhtəşəmliyindən bir parça..

Quotes

  • ahmedoffelvin99361has quoted8 years ago
    Nəhayət, səbirsiz ovçuya elə gəldi ki, şikarının üzərinə atılmaq vaxtı çatıb. Bu işdə bir ailə kimi yaxınlıq, həmişə üçlükdə olmaq xoşuna gəlmirdi. Əlbəttə, üçlükdə mırt vurmaq çox yaxşı alınırdı, ancaq onun məqsədi mırt vurmaq deyildi. Bilirdi ki, başqalarının yanında maskalanıb oyun oynamaq kişi ilə qadın arasındakı intim münasibətlərin yaranmasına mane olur, sözlərin od-alovunu söndürür, hücumun kəskinliyini azaldır.
  • ahmedoffelvin99361has quoted8 years ago
    Bu qadını ələ gətirmək üçün çəkdiyi əziyyətlərin boşa çıxmayacağını göstərən bir çox ehtimallar vardı. Şikarı elə bir qorxulu yaş həddinə çatmışdı ki, həmin dövrdə qadın heç vaxt sevmədiyi ərinə sadiq qaldığına peşman olur, gözəlliyi qürub edən günəş kimi şəfəq saçır, analıq qüruru ilə qaranlıq hissi arasında seçim qarşısında qalır. Çoxdan cavabı tapılmış həyatı həmin anda yenə də suala çəkilir: ya ehtiras dolu bir həyat yaşamaq ümidinin son həzin, sehrli çağırışına qulaq asmalı, ya da ondan birdəfəlik üz döndərməlidir! Belə anda qadın təhlükəli bir qərar qarşısında qalır: öz taleyini yaşasın, yoxsa bu taleni uşaqlarına qurban versin?! Qadın olsun, yoxsa ana?!
  • Mir Alihas quoted6 years ago
    adam cavan olanda, elə bilir xəstəlik də, ölüm də başqaları üçündür.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)