Göbək bağını kəsərlər, götünə bir şillə vurarlar və di, get, sürətlə irəli! Dünyadasan; axına qoşulmuş, sükansız bir gəmi. Ulduzlara baxarsan, sonra da göbəyinə. Gözlərin cücərər hər yerindən – qoltuğunun altında, dodaqlarının arasında, saçının dibində, ayaqlarının dabanlarında. Uzaq olan yaxınlaşar, yaxın olan uzaqlaşar. İç bayırdır, bayır içdir; fasiləsiz bir axın, dərinin dəyişimi, astarın üzə çevrilməsi. İllərlə bu cür sürünərsən və çürüyərsən asta-asta, parçalara bölünərsən, səpələnib pərənpərən olarsan yenidən. Adın qalar, sadəcə.