Nəcib Məhfuz

Yeni Qahirə

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Nəcib Məhfuzun “Qahirə romanları” silsiləsinə daxil olan “Yeni Qahirə” romanı təhsili yenicə başa vurmuş, gələcəyə ümid və həyacanla baxan dörd gəncin hekayəsidir. Dördü də istedadlıdır. Dördü də cəmiyyətin “orta təbəqəsi”-nə aiddir. Universiteti bitirən gənclər acı bir həqiqətlə üzləşirlər – nazirlikdə onların bilik və istedad baxımından layiq olduğu yerlər artıq tutulmuşdur… nazirin qohumları tərəfindən.
Roman Misirdə gedən sosial-iqtisadi dəyişiklikləri, şəhərin yenidən tikilib dəyişilməsini deyil, yeni nəslin, yeni ictimai-fəlsəfi baxışların yaranmasını əks etdirir. Romanın baş qəhrəmanı Məhcub əl-Daim oxucu qarşısında heç bir mənəvi dəyərləri olmayan və yalnız özünü düşünən xudbin bir obraz kimi dayanır. Məhfuzaqədərki Misir nəsrində heç vaxt hamı tərəfindən qəbul olunmuş dəyərləri Məhcub qədər ələ salan, təhqir edən bir obraz olmamışdır. Özünə rəhbər tutduğu şüar isə onun əsl kimliyini göstərir: din+elm+fəlsəfə+mənəviyyat=cəfəngiyat! Müəllif romanda iblis libası geyinmiş Məhcub, onun sevdiyi qadın və mənəviyyatsız nazirlə yanaşı, Məmun Ridvan, Əli Taha, Əhməd Bədir kimi qəhrəmanları da verməklə cəmiyyətin, bəşəriyyətin, insani dəyərlərin hələ də məhv olmadığını göstərir.
This book is currently unavailable
215 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Sevashared an impression5 years ago
    👍Worth reading
    🎯Worthwhile
    🚀Unputdownable

    2 gün erzinde oxudum.
    Çoxdan axtardigim, axtardigima deyen bir roman oldu. Yaxsi ki tani oldum Necib Mehfuzun bu romani ile.

  • Xuraman Memmedovashared an impression5 years ago
    👍Worth reading

    Sadə və real)

  • Muhammed Damirovshared an impression5 years ago
    👍Worth reading
    🎯Worthwhile
    🚀Unputdownable

    İnsanlar zahiri görünüşü sevir, riyakarlığa aldanırlar.📚

Quotes

  • b8234558246has quoted9 years ago
    Əgər arzuladığın şey mövcud deyilsə, mövcud olanı arzula.
  • Xuraman Memmedovahas quoted5 years ago
    İnsan elə səciyyəvi xüsusiyyətlərə malik olur ki, bu xüsusiyyətlər var-dövlətlə ölçülmür. Hər şey yalnız bir suala gətirib çıxarır: ya sən cəsarətlisən, gözüaçıq və hər şeyin yaxşısına layiqsən, ya da xəyalların səni həyatın ayaq altında palçıq kimi tapdalanan sahilinə çırpır...
  • b8234558246has quoted9 years ago
    Məgər görmürsən ki, itlər də xoşbəxtlik və rahatlıq gətirən sevgiyə üstünlük verirlər? Öz kədərimizə görə həmişə özümüz cavabdehik.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)