Nəcib Məhfuz

Yeni Qahirə

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • b8234558246has quoted8 years ago
    Əgər arzuladığın şey mövcud deyilsə, mövcud olanı arzula.
  • Xuraman Memmedovahas quoted5 years ago
    İnsan elə səciyyəvi xüsusiyyətlərə malik olur ki, bu xüsusiyyətlər var-dövlətlə ölçülmür. Hər şey yalnız bir suala gətirib çıxarır: ya sən cəsarətlisən, gözüaçıq və hər şeyin yaxşısına layiqsən, ya da xəyalların səni həyatın ayaq altında palçıq kimi tapdalanan sahilinə çırpır...
  • b8234558246has quoted8 years ago
    Məgər görmürsən ki, itlər də xoşbəxtlik və rahatlıq gətirən sevgiyə üstünlük verirlər? Öz kədərimizə görə həmişə özümüz cavabdehik.
  • b8234558246has quoted8 years ago
    Rədd olsun xoşbəxtliyin sadəlikdə olduğunu iddia edən filosoflar! Məgər mədə pozğunluğu aclıq iztirablarından yaxşı deyil?
    Əsas olan bugün və sabahdır. Cəhənnəm olsun keçmiş!
  • b8234558246has quoted8 years ago
    – Yoxsulluq elmi sağlamlıq və əxlaqi dəyərləri korlayan pis qoxulu havadır. Kənd həyatı şərtlərindən yaşamaqdan məmnun olan şəxs ya vəhşi heyvandır, ya da iblis.
  • Xuraman Memmedovahas quoted5 years ago
    – Məsələnin bu cür təhlili ilə razı deyiləm. Özün bilirsən ki, mən mənəvi həzlərin qızğın həvəskarıyam. Arzusunda olduğumuz cəmiyyət pisliklərdən xali olmayacaq. Çünki qüsuru olmayan, bizi mükəmməlliyə can atmağa sövq etməyən bir cəmiyyətdən xeyir gəlməz. Lakin arzusunda olduğumuz cəmiyyət hazırda taleyin zərbəsi kimi gördüyümüz pislikləri aradan qaldırır
  • Xuraman Memmedovahas quoted5 years ago
    qədər ki, cəmiyyətimiz unutqanlığa öyrəşib, nazir və onunkimiləri həzm etməyə qadirdir. Bir və ya iki il Məhəmməd Əli klubunda gizlənəcək. Gələcəyin milliyyətçi nümayişləri onu tənhalıqdan qurtarıb qəhrəman kimi nazirliyə geri qaytara bilərlər. O zaman ya əvvəlki vəzifəsinə qayıdacaq, ya da yeni bir rol ifa edəcək. Yaşayarıq, görərik!
  • Xuraman Memmedovahas quoted5 years ago
    Möminlərin əksəriyyəti fırıldaqçılardır. Həqiqət gördüyün kim deyil. Zavallı dostumuz eyni anda həm ovdur, həm də ovçu. Gəlin onun cinayətində cəmiyyətin oynadığı rolu unutmayaq. Yüzlərlə mömin öz səadətləri uğrunda milyonlarla insanı fəlakətə düçar edir. Onlar da ən azı bədbəxt dostumuz qədər günahkardırlar. Yaşadığımız cəmiyyət cinayətləri müdafiə edir, həmçinin güclü cinayətkarları himayə, zəiflərisə məhv edir. Sizdən soruşmaq istəyirəm, nazirin istefa etməsi kifayətdir?
  • Xuraman Memmedovahas quoted5 years ago
    Qəbul etməli idi ki, onlar mübarizələrindən özlərinə xas həzz alırdılar, lakin bu nə cür həzz idi? Həqiqətən də, altruizmdə həzz var idi və o xudbinlik ilə müqayisə edilə bilərdi?
  • Xuraman Memmedovahas quoted5 years ago
    Cəmiyyət onu tənqid edən aşiqini nifrətlə rədd edən lovğa qadın kimidir.
fb2epub
Drag & drop your files (not more than 5 at once)