Mən onda ilk dəfə hiss elədim ki, kimsə çıxıb gedəndə, ya öləndə ondan qalan əşyalar çox qorxunc olur. Anam yeməyə cəhd etdi və sanki bununla demək istədi: həyat davam edir… ya da buna bənzər nəsə… Ancaq mən dəqiq bilirdim ki, elə deyil, davam eləyən həyat yox, ölümdür.