“Mütləq ki, axtaran tapar”
Harvardın görkəmli simvoloqisti Robert Lenqdon xəstəxanada ayılanda bu sözlər qulaqlarında səslənirdi. Harada olduğunu, bura necə gəldiyini anlamırdı. Şeylərinin arasından çıxan qəribə əşyanın da bura necə düşdüyündən xəbəri yox idi.
Ölümlə hədələnən Lenqdon gənc həkim Sienna Bruksla Florensiya şəhərində təhlükəli təqiblərə məruz qalır. Yalnız Lenqdonun tarixin gizli keçidləri və qədim sirlərdən xəbərdar olması onları naməlum təqibçilərin pəncəsindən qurtara bilər.
Dantenin sirli və möhtəşəm şah əsəri olan “İlahi komediya”dan bir neçə sətir onlara renessans dövrünün məşhur abidələri, rəsmləri və tikililərində gizlənmiş kodlar zəncirini aça bilmək üçün yol göstərəcəkdir. Bu tapmacanın cavabları ilə onlar bəlkə dünyanı dəhşətli təhlükədən xilas edə bilərlər.
Dünya klassik ədəbiyyatının ən əzəmətli əsərlərindən sayılan Cəhənnəmdən qaynaqlanaraq yazılan bu kitab Den Braunun ən mükəmməl romanı hesab edilir. Misilsiz məzmunu kitabın ilk səhifəsini açdığınız andan onu bağlayanadək sizi ondan ayrılmağa qoymayacaqdır.