İvan Qonçarov

Oblomov

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Romanın baş qəhrəmanı Rus əsilli Oblomovdur. Oblomov çox dürüst, insanların yaxşılığını istəyən, saf və sadiq bir insandır. Lakin tənbəlliyi onun həyatını günü-gündən geri salır, səhhətinin pisləşməsinə gətirib çıxarır. Hətta Olqayla olan sevgi münasibətləri də Oblomovun dəyişməsinə səbəb ola bilmir.
Əsərdə Oblomovun yaxın dostu Ştoltz öz sədaqəti, dostsevərliyi və çalışqanlığı ilə oxucunun diqqətini cəlb edir.
This book is currently unavailable
756 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Elmin Seyfəddinlishared an impression8 years ago
    👍Worth reading
    💡Learnt A Lot
    🎯Worthwhile

    Bu kitab sadəcə bir insanın tənbəlliyindən danışmır. Müxtəlif mövzulara toxunur. Kitabı oxuduqdan sonra tənbəlliyin hansı faciələrə səbəb ola biləcəyini, insanı hansı çətin vəziyyətlərə sala biləcəyini görəcəksiniz.

  • My PaRaDiSeshared an impression2 years ago

    Bu kitab burda axira qederdir yoxsa??

  • Misir Məmmədlishared an impression4 years ago
    👍Worth reading
    🔮Hidden Depths

Quotes

  • Elmin Seyfəddinlihas quoted8 years ago
    Olqa Sergeyevna, dostluq yaxşı şeydir, ancaq bir şərtlə ki, bu dostluq cavan kişi ilə qadın arasında sevgi kimi olsun, yaxud da qocalar arasında sevgi xatirəsi şəklində olsun. Lakin əgər bu dostluq bir tərəfdən dostluq, digər tərəfdən isə sevgi olaraq qalırsa, onda bu dostluqdan Allah saxlasın.
  • Elmin Seyfəddinlihas quoted8 years ago
    Onun dünyaya gəlməsini, yəqin ki, anasından başqa görən olmamışdır, bütün həyatı boyu ona çox az adam fikir verir, lakin yəqin ki, onun həyatdan necə gedəcəyini də heç kim görüb hiss etməyəcəkdir; heç kim onu soruşmayacaq, onun dünyadan getməsinə təəssüf etməyəcək və heç kim də onun ölümünə sevinməyəcəkdir. Onun nə düşmənləri var, nə dostları, lakin çoxlu tanışları vardır. Bəlkə də, yalnız dəfn mərasimi yoldan keçən naməlum bir şəxsin nəzər-diqqətini özünə cəlb edər və yoldan keçən bu naməlum adama ilk dəfə nəsib olan bir ehtiramla təzim edər: bəlkə də, başqa bir maraqlanan adam dəfn mərasiminin qabağına qaçıb, mərhumun adını öyrənmək istəyər və buradaca bu adı yadından çıxardar.
  • Xuraman Memmedovahas quoted5 years ago
    O, başqasının hazır fikrini icra edən xırda-mırda adamlardan deyildir; o, özü yaradıcıdır və özü də öz ideyalarının icraçısıdır.

    O, səhər yatağından qalxan kimi çaydan sonra həmin saat divana uzanıb, başını əlinə dayayır və qüvvəsini əsirgəmədən fikirləşir, götür-qoy eləyir, o vaxta qədər fikirləşir ki, nəhayət ağır işdən başı yorulur və vicdanı ona: bu gün ümumin səadəti üçün kifayət qədər iş görülmüşdür, – deyir.

    O, yalnız bu zaman zəhmətdən əl çəkib, istirahət etmək və qayğılı vəziyyətini başqa bir vəziyyətlə, yəni daha az işgüzar və daha az ciddi, lakin xəyal və nəşə üçün daha əlverişli olan bir vəziyyətlə əvəz etmək qərarına gəlir.

    Oblomov işgüzar qayğılardan azad olaraq, düşüncəyə dalmağı və onun yaratdığı aləmdə yaşamağı sevirdi.

    Yüksək fikir və niyyətlərdən zövq alıb nəşələnərdi; o, ümumi insan kədərlərinə yad deyildi; o, bəzən bəşəriyyətin bədbəxtlik və fəlakətlərini düşündükcə ürəyi ağrıyır, qəlbi sızıldayırdı, naməlum, səbəbsiz iztirablar və kədər keçirir, hara isə uzaqlara, yəqin bir zaman Ştoltsın onu həvəsləndirdiyi həmin o aləmə can atırdı...

    Onun yanaqlarından şirin göz yaşları axırdı...

    Belə də olurdu ki, o, insanların eyiblərinə, yalana, iftiraya, dünyaya yayılmış şər əməllərə nifrət edir və insana onun yaralarını göstərmək arzusu ilə alışıb yanırdı; birdən ağlında fikirlər parlayır, onlar dənizdəki dalğalar kimi onun başında gəzib dolaşır, sonra böyüyüb niyyətə çevrilir, onun bütün qanını coşdurur, əzələləri dartınır, damarları gərginləşir, niyyətləri dönüb səy və cidd-cəhdə çevrilir: mənəvi qüvvədən ruhlanan İlya İliç bir dəqiqənin içində cəld iki-üç cür vəziyyət alır, gözləri parlaya-parlaya yatağında yarıya qədər qalxır, əlini uzadır və ilhamla ətrafına göz gəzdirir... Lap az qala niyyətləri həyata keçməli, igidliyə çevrilməlidir... Bu zaman, İlahi! Bu cür yüksək səy və qeyrətdən necə möcüzələr, necə nəcib nəticələr gözləmək olardı.

    Amma baxırsan ki, səhər ötüb keçir, gün qurtarıb, axşam olmağa başlayır, bununla bərabər Oblomovun taqətdən düşmüş qüvvələri də dincəlmək istəyir: qəlbindəki tufan və həyəcanlar sakitləşir, başı fikirlərdən ayılır, qanı damarlarında sakit-sakit axmağa başlayır. Oblomov sakit və düşüncəli halda arxası üstə çevrilir və kədərli nəzərlərini pəncərəyə, göyə zilləyərək, kiminsə dördmərtəbəli evinin arxasına dəbdəbə ilə enən günəşi qüssəli-qüssəli gözləri ilə müşayiət edir.

    O, günəşin qürubunu bu cür neçə dəfə müşayiət etmişdi!

    Səhər yenə də həyat, yenə həyəcan, xəyallar! O, bəzən özünü hər hansı bir məğlubedilməz sərkərdə, qarşısında nəinki Napoleon, hətta Yeruslan Lazareviç də dayana bilməyən sərkərdə kimi təsəvvür etməyi sevir; müharibəni və onun səbəblərini xəyalına gətirir; məsələn, onun təsəvvüründə xalqlar Afrikadan Avropaya hücum edirlər, yaxud da o, yeni səlib müharibələri düzəldir və müharibəyə başlayır, xalqların taleyini həll edir, şəhərləri talan edir, rəhm edir, edam edir, bir igid kimi comərdlik və səxavət göstərir.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)